Almaniya milli komandası tarixində ilk dəfə dünya çempionu olub

 Almaniya milli komandası tarixində ilk dəfə dünya çempionu olub

Futbol üzrə U-17 dünya çempionatının qalibi müəyyənləşib.

Mediasport.az xəbər verir ki, Almaniya millisi həlledici qarşılaşmada Fransaya qalib gələrək tarixində ilk dəfə dünya kubokunun qalibi olub.

İndoneziyada keçirilən mundialın final matçının taleyini penaltilər seriyası həll edib. 2:2 hesabı ilə başa çatan görüşün ardından "lotereya"ları daha dəqiq yerinə yetirən almanlar baş mükafata sahib çıxıblar - 4:3.

DÇ-nin bürünc medalını isə Mali yığması qazanıb. Afrika təmsilçisi üçüncü yer uğrunda dueldə Argentinanı darmadağın edib - 3:0.

Qeyd edək ki, birincilikdə 24 komanda iştirak edib.4 ildən bir keçirilən yarışın son qalibi Braziliya idi (2019).