DÇ-2024: Azərbaycan yığmasının heyətində dəyişiklik edilib
DÇ-2024-ün elit-raundunda Niderlandla qarşılaşacaq futzal üzrə Azərbaycan millisinin heyətində dəyişiklik edilib.
Mediasport.az xəbər verir ki, Emil Həsənzadə və Rumıniya ilə görüşdə (5:5) zədələnən Amadeu səfərə aparılmayacaq.
Baş məşqçi Vitali Borisov onların əvəzinə “Neftçi”dən Mirzə Əmirov və Belçikanın "Anderlext" klubunda çıxış edən Eduardo Borgeşə dəvət göndərib.
Millinin Niderlandla oyun üçün heyəti belədir:
Qapıçılar: Rövşən Hüseynli, Emin Kürdov;
Oyunçular: Ülvi Əliyev, Rafael Vilela, Nihad İsmayılov, Eduardo Borgeş, Fərid Atakişiyev, Xəzər Ağalızadə, Novruz Kazıxanov, Əmir Şocaei, Oktay Rüstəmli, Hadi Əhmədi, Tofiq Mikayılov, Mirzə Əmirov.
Niderland – Azərbaycan oyunu dekabrın 20-də keçiriləcək. Yığmamız son tur ərəfəsində 4 xalla A qrupunda axırıncı pillədə qərarlaşıb.