DÇ-2024: Yığmamız Bakıda Niderland millisini darmadağın edib

DÇ-2024: Yığmamız Bakıda Niderland millisini darmadağın edib

Futzal üzrə yığma komandamız bu gün DÇ-2024-ün elit-raund mərhələsinin seçmə qrupunda 2-ci oyununu keçirib.

Mediasport.az xəbər verir ki, Vitali Borisovun komandası Bakıda Niderland millisi ilə qarşılaşıb.

Yığmamız "narıncılar"ı darmadağın edib.

Qeyd edək ki, futzalçılarımız qrupun ilk matçında səfərdə Rumıniya yığmasına məğlub olublar - 1:3. Niderland yığması isə öz meydanında Qazaxıstana 0:2 hesabı ilə uduzub.

Futzal millimizin Qazaxıstanla dueli noyabrda keçiriləcək.


DÇ-2024. Elit-raund. Seçmə qrup mərhələsi


18:30 Azərbaycan - Niderland 6:1

Qollar: Vilela, 2, 18, Qalo, 8, Maneka, 15, Felipinyo, 17, 36 - İlyas Bouzit, 37.

Hakimlər: Yianqos Yianqou, Nikolas Nikolaou, Larisa Eleni Avramidou (hamısı Kipr)

Hakim-inspektor: Sebastian Stauiçki (Polşa)

UEFA nümayəndəsi: Avi Levi (İsrail)