Fransa - Azərbaycan görüşü nə vaxt keçiriləcək? - AÇ-2023

Fransa - Azərbaycan görüşü nə vaxt keçiriləcək? - AÇ-2023

19 yaşadək futzalçılar arasında təşkil olunacaq AÇ-2023-ün əsas mərhələsində mübarizə aparacaq Azərbaycan millisinin yer aldığı 5-ci qrupun təqvimi açıqlanıb.

mediasport.az xəbər verir ki, yığmamız ilk olaraq martın 22-də Fransadan olan həmyaşıdları ilə üz-üzə gələcək.

Ertəsi gün rəqib Bosniya və Herseqovina seçməsi olacaq. Ağatahir Əzimovun başçılıq etdiyi U-19 bu mərhələdə son görüşünü Yunanıstan yığmasına qarşı keçirəcək.

5-ci qrupun oyunları Bosniya və Herseqovinada gerçəkləşəcək.


22 mart.

20:00. Fransa – Azərbaycan

Şiroki Briyeq şəhəri, Pecara İdman zalı.


23 mart

23:00. Bosniya və Herseqovina – Azərbaycan

Şiroki Briyeq şəhəri, Pecara İdman zalı.


25 mart.

20:00. Azərbaycan – Yunanıstan

Şiroki Briyeq şəhəri, Pecara İdman zalı