Azərbaycan milli komandası iki yoldaşlıq oyunu keçirəcək

Azərbaycan milli komandası iki yoldaşlıq oyunu keçirəcək

Futzal üzrə Azərbaycan millisi iki yoldaşlıq oyunu keçirəcək.

Mediasport.az xəbər verir ki, yığma apreldə Gürcüstan seçməsi ilə qarşılaşacaq.

Aprelin 13-də Tbilisiyə yollanacaq Vitali Borisovun kollektivi ayın 14-də və 16-da yerli komanda ilə üz-üzə gələcək.

Oyunların keçirilmə vaxtı və məkanı, eyni zamanda, komandamızın heyəti hələ bəlli deyil.