DÇ: Günay Qurbanova üçüncülük uğrunda mübarizəyə qoşulacaq
İspaniyanın Pontevedra şəhərində güləş üzrə U-20 dünya çempionatı davam edir.
Mediasport.az xəbər verir ki, qadınların mübarizəsində Günay Qurbanova (62 kq) bürünc medal uğrunda mübarizə aparacaq.
Onun rəqibi Meksika təmsilçisi Melaniye Nahomi olacaq.
Azərbaycan yığması mundialda 1 gümüş, 2 bürünc medal qazanıb.
Yunan-Roma güləşçilərinin mübarizəsində Cocu Səmədov (87 kq) gümüş, Ruslan Nurullayev (72 kq) bürünc medal əldə edib.
Nərgiz Səmədova (55 kq) da yarışı üçüncü pillədə bitirib.
Dünya çempionatına sentyabrın 8-də yekun vurulacaq.