Avropa çempionatı: Millimiz bu dəfə Lüksemburqa məğlub oldu

Avropa çempionatı: Millimiz bu dəfə Lüksemburqa məğlub oldu

17 yaşadək qadınlardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində B Liqasının 5-ci qrupunda ikinci - sonuncu oyununa çıxıb.

Mediasport.az xəbər verir ki, yığmamız meydan sahibi Lüksemburqa uduzub - 0:3.

Xatırladaq ki, komandamız qrupun ilk görüşündə Serbiyaya 0:10 hesabı ilə məğlub olmuşdu.

3 komanda arasında 6 xalla qrup qalibi olan Serbiya seçməsi birbaşa A Liqasına vəsiqə əldə edib.

Avropa çempionatı, seçmə mərhələ. B Liqası, 5-ci qrup. 2-ci tur

Azərbaycan (U-17) - Lüksemburq (U-17) 0:3

Baş hakim: Mzevinari Şaraşanidze (Gürcüstan).

Baş hakimin köməkçiləri: Sopo Tsulaya (Gürcüstan), Maria Detsi (Yunanıstan).

Dördüncü hakim: Eirini Pinqiu (Yunanıstan).

"Munisipial" stadionu, Bettemburq.