Azərbaycan güləşçilərindən Paris olimpiadasına 4-cü lisenziya!

 Azərbaycan güləşçilərindən Paris olimpiadasına 4-cü lisenziya!

Azərbaycanın daha bir sərbəst güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Mediasport.az xəbər verir ki, Əliabbas Rzazadə, Hacı Əliyev və Turan Bayramovun ardından Osman Nurməhəmmədov da adını olimpiadanın iştirakçıları sırasına yazdırıb.

Pəhləvanımız Ukrayna təmsilçisini asanlıqla məğlub edib.

Bununla Azərbaycanın "Paris-2024"ə lisenziya qazanan idmançılarının sayı 15-ə yüksəlib.

Xatırladaq ki, bu turnirdə finala vəsiqə qazanan idmançılar "Paris-2024"də iştirak hüququ əldə edirlər.

Bir qədər sonra daha 1 sərbəst güləşçimiz lisenziya görüşünə çıxacaq.


Avropa Olimpiya Təsnifat turniri. Yarımfinal


57 kq

Əliabbas Rzazadə - Vladimir Yeqorov (Şimalı Makedoniya) 4:3


65 kq

Hacı Əliyev - İslam Dudayev (Albaniya) 6:3


74 kq 

Turan Bayramov - Frank Çamizo Markez (İtaliya) 8:8


86 kq

Osman Nurmaqomedov - Vasili Mixaylov (Ukrayna) 4:1


125 kq 

Georgi Meşvildişvili - Alen Xubulov (Bolqarıstan)