Diniyev yubiley oyununu qırmızı vərəqə ilə "qeyd etdi"
Premyer Liqanın 10-cu turunun “Sabah” – “Zirə” oyunu qonaqların yarımmüdafiəçisi Coşqun Diniyev üçün əlamətdar - yubiley matçı olub.
mediasport.az xəbər verir ki, o, Premyer Liqada 200-cü oyununa çıxıb
Lakin yubiley Diniyev üçün heç də uğurlu alınmayıb. Həm komandası məğlub olub (0:1), həm də futbolçu ikinci hissədə hakimə etirazından sonra meydandan qovulub.