"Neftçi" Azərbaycan Premyer Liqasında yenə qələbə qazana bilmədi

"Neftçi" Azərbaycan Premyer Liqasında yenə qələbə qazana bilmədi

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2-ci tura yekun vurulub.

mediasport.az xəbər verir ki, son oyun günündə 1 qarşılaşma keçirilib.

Çempionluğu hədəfləyən yeniləşmiş "Neftçi" ikinci turu da qələbəsiz başa vurub. Çempionatın açılış duelində Gəncədə "Kəpəz"ə uduzan "ağ-qaralar" doğma meydanda "Səbail"in müqavimətini qıra bilməyiblər.

Turun "Sumqayıt" - "Sabah" matçı qonaqların Avropa Konfrans Liqasına daha yaxşı hazırlaşmaq istəyilə əlaqədar təxirə salınıb.

Digər matçlarda isə "Araz-Naxçıvan" "Qəbələ"ni 2:0, "Zirə" "Kəpəz"i 1:0 və "Qarabağ" "Turan Tovuz"u 3:0 hesabı ilə üstələyib. 


Azərbaycan Premyer Liqası. 2-ci tur


14 avqust (bazar ertəsi)


20:00. “Neftçi” – “Səbail” 1:1

Qollar: Kenni Sayef, 82-pen, - Nunu Pedro, 34.

Hakimlər: Rauf Cabarov, Cavanşir Yusifov, Zöhrab Abbasov, Sabuhi Bayramov

“Neftçi Arena”

“Neftçi”: 1. İvan Brkiç, 10. Filip Ozobiç, 8. Emin Mahmudov (k), 2. Qara Qarayev, 21. İsmayıl Zülfüqarlı, 4. Mark Tamaş, 5. Kenni Sayef, 25. Aaron Olanare, 23. Ataa Caber, 44. Yuri Matias, 9. Andre Şinyaşiki.

Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 3. Höccət Haqverdi, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 27. Fərid Yusifli, 37. Elton Əlibəyli, 41. Samir Həsənov, 82. Rüfət Abbasov, 99. Ervin Koffi, 11. Kilan Lebon, 77. Yeqor Boqomolski.

Baş məşqçi: Adrian Mutu.

“Səbail”: 1. Səlahət Ağayev, 10. Ağabala Ramazanov (k), 6. Cabir Əmirli, 74. Yusif Nəbiyev, 88. Valdemar Almeyda, 4. Adi Mehremiç, 99. David Qomis, 90. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 55. Nir Bardea, 44. Yadin Luqasi.

Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 9. Amil Yunanov, 5. Adil Nağıyev, 8. Bahadur Həziyev, 17. Rafael Məhərrəmli, 18. Süleyman Əhmədov, 11. Rüfət Abdullazadə, 19. Samir Abdullayev, 38. Zeynəddin Abdurahmanov, 34. Taleh Qarayev, 16. Emin Rüstəmov, 21. Anas Najah.

Baş məşqçi: Şahin Diniyev.