Diniyevin komandası kubok görüşündə "Qalatasaray"a qarşı

  Diniyevin komandası kubok görüşündə "Qalatasaray"a qarşı

Türkiyə Kubokunda 5-ci tura bu gün yekun vurulacaq.

Mediasport.az xəbər verir ki, futbol üzrə Azərbaycan milli komandasının futbolçusu Coşqun Diniyevin də çıxış etdiyi "Ümraniyəspor" İstanbul nəhəngi, son ölkə çempionu "Qalatasaray"la qarşılaşacaq.

Türkiyə Kuboku. 5-ci tur

14:00 "Sivasspor" - "Keçiörəngücü"

16:00 "Kayserispor" - "Gənclərbirliyi"

18:00 "Konyaspor" - "Göztəpə"

20:00 "Trabzonspor" - "Manisa BBSK"

22:00 "Qalatasaray" - "Ümraniyəspor"