"Araz Naxçıvan" çempionluq kuboku və medallarına qovuşdu - I Divizion
Futbol üzrə Azərbaycan I Divizionunda 2022/2023-cü illər mövsümünün qalibi “Araz Naxçıvan” mükafatlandırılıb.
mediasport.az xəbər verir ki, 30-cu turun “Araz Naxçıvan” - “Zaqatala” (2:0) görüşünün ardınca Naxçıvan Muxtar Respublika stadionunda keçirilən tədbirdə Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, AFFA-nın prezidenti Rövnəq Abdullayev, AFFA-nın baş katibi Sərxan Hacıyev, PFL-in prezidenti Elxan Səmədov, Naxçıvan Futbol Federasiyasının sədri Vüqar Abbasov, “Araz Naxçıvan” klubunun rəhbər heyəti və digər rəsmi şəxslər iştirak edib. Əvvəlcə turnirin bombardirinə xüsusi hədiyyə təqdim olunub, daha sonra çempion “Araz Naxçıvan”ın rəsmi şəxsləri, məşqçiləri və futbolçuları qızıl medallara qovuşub.
Təltifetmə mərasimindən sonra tədbir Azərbaycan Respublikasının Əməkdar artisti Ədalət Şükürovun da iştirak etdiyi konsert proqramı ilə davam edib.