Birinci Divizionun bombardiri Orxan Əliyev mükafatlandırıldı

Birinci Divizionun bombardiri Orxan Əliyev mükafatlandırıldı

Futbol üzrə Azərbaycan I Divizionunun bombardiri mükafatlandırılıb.

mediasport.az xəbər verir ki, 30-cu turun “Araz Naxçıvan” – “Zaqatala” (2:0) görüşünün ardınca keçirilən mükafatlandırma mərasimində turnirin ən sərrast futbolçusu Orxan Əliyevə xüsusi hədiyyə təqdim olunub.

Çempion Naxçıvan təmsilçisinin forvardı mövsümü 27 qolla ilk sırada başa vurub. Onun ən yaxın izləyicisi MOİK-dən İlham Allahverdiyev idi - 17 qol.