"Dövlətimiz tərəfindən bütün işlər yüksək səviyyədə görülüb"

"Dövlətimiz tərəfindən bütün işlər yüksək səviyyədə görülüb"

"Yarışın təşkili üçün dövlətimiz tərəfindən bütün işlər yüksək səviyyədə görülüb".

Mediasport.az xəbər verir ki, bu sözləri "Sərhədçi" İdman Mərkəzinin rəisi Elşən Mirzəyev hərbçilər arasında keçiriləcək güləş üzrə 36-cı dünya çempionatı ilə bağlı təşkil olunan mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bütün idmançılar yaşayış və qida ilə təmin ediliblər: "Mundialda müxtəlif ölkələrin idmançıları iştirak edəcəklər. Onlar ölkəmizdə olduğu müddətdə asudə vaxtlarını səmərəli şəkildə keçirə biləcəklər”.

E.Mirzəyevin sözlərinə görə, Azərbaycan güləşçiləri yarışda uğurlu nəticə qazanmaq üçün bütün gücü ilə mübarizə aparacaq.

Qeyd edək ki, “İdmanla Dostluq” devizi altında keçiriləcək yarış dekabrın 3-dək davam edəcək. Turnirdə 18 ölkədən 222 idmançı (176 kişi, 46 qadın) mübarizə aparacaq.