Millimizin Belçika, İtaliya və Fransa ilə oyunlarının təqvimi açıqlanıb

Millimizin Belçika, İtaliya və Fransa ilə oyunlarının təqvimi açıqlanıb

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçiriləcək Avropa çempionatında iştirak edəcək Azərbaycanın minifutbol millisinin oyunlarının təqvimi açıqlanıb.

Mediasport.az xəbər verir ki, yığmamız ilk oyununu iyunun 2-si, saat 13:00-da Belçika millisinə qarşı keçirəcək.

Komandamızın növbəti görüşü iyunun 3-ü saat 19:00-da İtaliyaya qarşı olacaq

Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv son olaraq iyunun 4-ü Fransa ilə qarşılaşacaq.

Matçın start fiti saat 19:00-da səslənəcək.