Millilərimiz Yunanıstanda Avropa çempionatında iştirak edəcəklər

Millilərimiz Yunanıstanda Avropa çempionatında iştirak edəcəklər

Azərbaycanın 15 və 16 yaşadək yeniyetmələrdən ibarət ağırlıqqaldırma milliləri iyunun 15-24-ü aralığında Yunanıstanın Saloniki şəhərində keçiriləcək Avropa birinciliyində iştirak edəcək.

Mediasport.az xəbər verir ki, Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov "ASK Arena"da yerləşən təlim-məşq bazasında komanda üzvləri ilə görüşüb.

O, idmançıların hər birinə uğurlar arzulayıb, qələbələrinə inamını ifadə edib. Umudov qeyd edib ki, federasiya rəhbərliyi yığmamızın yarışlara ən yaxşı şəraitdə hazırlaşması, ölkəmizi beynəlxalq arenada layiqli təmsil etməsi üçün bütün addımları atır.

Yeniyetmə atletlərimizin Salonikidə qazanacağı medalların Azərbaycanda ağırlıqqaldırmanın inkişafına yeni təkan verəcəyi, gələcək dünya çempionatı və birinciliklərinə, Olimpiya Oyunlarına doğru yolda təməl rolunu oynacağı bildirilib.

Məşqçilər və idmançılar da öz növbələrində verilən dəstəyə görə təşəkkür edib, etimadı doğrultmağa çalışacaqlarını deyiblər.

Qitə birinciliyində 36 ölkədən 461 (218 qız + 243 oğlan) idmançı yarışacaq.


Avropa çempionatına yollanacaq heyət

U-15

Qızlar: Nuray Əbilova (40 kq), Malikə Biçekuyeva (55 kq), Arzu Qədimova (76 kq);

Oğlanlar: Rəhman Mərdəliyev (49 kq), Kamran Xappayev və Əbdülhüseyn Hüseynov (hər ikisi - 61 kq), Elman Kurdanov (67 kq), İsa Əliyev (73 kq), Allahverdi Qaragözov və Aslan Əmiraslanov (hər ikisi - 89 kq), Muhəmmədəli Məmmədzadə (96 kq), Sultan Sultanov (102 kq), Sadiq Əliquliyev (+102 kq).

U-17

Qız: Mələk Hüseynli (+81 kq);

Oğlanlar: Turan Əliyev (67 kq), Akif Abdullayev (73 kq), Hüseyn Heydərov (81 kq), Məmməd Əhmədzadə (96 kq).