Dünya çempionatı start götürdü
Mərakeşdə klublararası Dünya çempionatına start verilib.
mediasport.az xəbər verir ki, turnirin ilk oyunu Misirin “Əl-Əhli” və Yeni Zelandiyanın “Oklənd Siti” komandaları arasında keçirilib.
1/4 final uğrunda matç “Əl-Əhli”nin 3 cavabsız qolu ilə yekunlaşıb.
“Əl-Əhli” növbəti mərhələdə ABŞ-ın “Syetl Saunders” komandası ilə qarşılaşacaq. 1/4 finalın digər görüşündə “Vidad”la (Mərakeş) “Əl-Hilal”la (Səudiyyə Ərəbistanı) üz-üzə gələcək. Madrid “Real”ı və Braziliyanın “Flamenqo” komandaları mübarizəyə yarımfinal mərhələsindən qoşulacaqlar. Final fevralın 11-də baş tutacaq.
Klublararası Dünya çempionatı
"Əl-Əhli" - "Oklənd Siti" 3:0
Qollar: Əl-Şahat, 45+2. Şerif, 56. Tau, 86.