DÇ-2022: Argentina və Danimarka yığmaları qrupda qalacaqlar?

DÇ-2022: Argentina və Danimarka yığmaları qrupda qalacaqlar?

Bu gün Dünya Kubokunun final mərhələsində daha 4 qarşılaşma keçiriləcək.

mediasport.az xəbər verir ki, hər qrupda eyni saatda başlanacaq oyunlardan sonra daha 4 yığmanın 1/8 finala çıxması rəsmi təsdiqini tapacaq.

Baxmayaraq ki, Fransa millisi artıq ikinci turdan sonra pley-offa çıxışını təmin edib. Ümumilikdə bu gün C və D qruplarında azarkeşləri kifayət qədər maraqlı matçlar gözləyir.

İTV, "CBC Sport", TRT1 və "TRT Spor" kanalları vasitəsilə bütün qarşılaşmaları canlı izləyə bilərsiz.


Dünya Kuboku-2022. Final mərhələsi. 3-cü tur

19:00 Avstraliya - Danimarka

19:00 Tunis - Fransa

23:00 Polşa - Argentina

23:00 Səudiyyə Ərəbistanı - Meksika


TV-AFİŞA

Avstraliya - Danimarka ("Matç" TV, İctimai TV, TRT 1)

Tunis - Fransa ("CBC Sport", "Futbol 1", "TRT Spor")

Polşa - Argentina ("İctimai" TV, "Matç" TV, TRT 1)

Səudiyyə Ərəbistanı - Meksika ("CBC Sport", "Futbol 1", "TRT Spor")