DÇ-2022: Braziliya millisi 1/4 finala böyükhesablı qələbə ilə çıxdı

DÇ-2022: Braziliya millisi 1/4 finala böyükhesablı qələbə ilə çıxdı

Dünya Kuboku-2022-nin qalibi olmağa əsas iddialılardan Braziliya millisi Cənubi Koreya yığması ilə 1/8 final görüşünü keçirib.

mediasport.az xəbər verir ki, beşqat dünya çempionları elə ilk 45 dəqiqədə asiyalıları meydana çıxmaqlarına peşman ediblər.

Paulu Bentunun başçılıq etdiyi koreyalıların qapısından 4 cavabsız top keçirən "sambaçılar" 1/4 finala vəsiqə qazanıblar. Rəqib Xorvatiya futbolçuları olacaq.


Dünya Kuboku-2022. 1/8 final

Braziliya - Cənubi Koreya 4:1

Qollar: Vinisius Junyor, 7, Neymar, 13-pen., Rişarlison, 29, Lukas Paketa, 36 - Paik-Son Ho, 76.

Baş hakim: Klemen Türpen (Fransa)

947 stadionu.