Dünya çempionatında ölkəmizi bu şahmatçılar təmsil edəcəklər
Şahmatın blits növü üzrə Azərbaycan çempionatı başa çatıb və Qazaxıstanda təşkil olunacaq Dünya çempionatında ölkəmizi təmsil edəcək zəka sahibləri müəyyənləşib.
mediasport.az xəbər verir ki, üç şahmatçı 9 turdan 7 xal toplasa da, Aydın Süleymanlı əlavə göstəricilərə görə qalib olub. Vüqar Əsədli ikinci, Rauf Məmmədov üçüncü yeri tutub.
Qadınların yarışında Gülnar Məmmədova 7 oyundan 6 xal toplayaraq birinci olub. Xanım Balacayeva 5,5 xalla ikinci, Türkan Məmmədyarova isə 4,5 xalla üçüncü yerdə qərarlaşıb.
Beləliklə, iki yarışın cəmində ən çox xal toplayan Rauf Məmmədov, Vüqar Əsədli, Aydın Süleymanlı, Ləman Hacıyeva, Gülnar Məmmədova və Xanım Balacayeva mundiala yollanacaqlar.