Avropa çempionatı: Millimizin 5 üzvü qalib gəlib, 4-ü məyus olub
Yunanıstanın Rodos adasında qadın şahmatçılar arasında Avropa çempionatı start götürüb.
Mediasport.az xəbər verir ki, Azərbaycanın 10 zəka sahibi mübarizə aparıb.
Yığmamızın 5 üzvü yarışa qələbə ilə başlayıb.
Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Xanım Balacayeva, Gövhər Bəydullayeva və Səbinə İbrahimova rəqiblərindən güclü olublar.
Gülnar Məmmədova yarım xala sevinsə də, Ayan Allahverdiyeva, Ləman Hacıyeva, Nərmin Abdinova və Səbinə Rzalı turu məğlubiyyətlə başa vurublar.
Qeyd edək ki, şəxsi Avropa çempionatında 183 şahmatçı mükafatlar uğrunda mübarizə aparır.Avropa çempionatı, Qadınlar
Avropa çempionatı. 2-ci tur
Aleksandra Lax (Polşa) - Günay Məmmədzadə
Gövhər Beydullayeva – Adela Velikiç (Serbiya)
Mariya Manko (İsveçrə) - Ülviyyə Fətəliyeva
İnes Prado Açebo (İspaniya) - Xanım Balacayeva
Səbina İbrahimova – Juliya Antolak (Polşa)
Gülnar Məmmədova – Ancelika Valkova (Ukrayna)
Marta Dakiç (Serbiya) - Ayan Allahverdiyeva
Diana Tuktamışova (Moldova) - Ləman Hacıyeva
Eleni Nefeli Revelioti (Yunanıstan) - Nərmin Abdinova
Səbinə Rzalı - Rengina Sampika Kaka (Yunanıstan)