Azərbaycan çempionatının mükafat fondu açıqlanıb

  Azərbaycan çempionatının mükafat fondu açıqlanıb

Qadın şahmatçılar arasında Azərbaycan çempionatı keçirilir.

Mediasport.az xəbər verir ki, yarışda ötən il 18 yaşlılar arasında dünya çempionu olan Ayan Allahverdiyeva, beynəlxalq usta Səbinə İbrahimova da yarışırlar.

15 şahmatçının mübarizə apardığı yarışın reytinq favoriti Xəyalə Abdulladır.

Çempionatın mükafat fondu 15 min manat təşkil edir. Qalib 6000 manat qazanacaq. İlk iki yeri tutacaq şahmatçılar şəxsi Avropa çempionatına yollanacaqlar.

Çempionatın baş hakimi İnara Topçiyevadır. 7 turdan ibarət Azərbaycan çempionatına fevralın 17-də yekun vurulacaq.