Abasov Dünya Kubokunun 1/4 finalında ilk görüşünü heç-heçə etdi

Abasov Dünya Kubokunun 1/4 finalında ilk görüşünü heç-heçə etdi

Azərbaycan şahmatçısı Nicat Abasov Bakıda təşkil olunan Dünya Kubokunda 1/4 finalda ilk oyununu keçirib.

mediasport.az xəbər verir ki, qara fiqurlarla mübarizə aparan 28 yaşlı qrossmeyster bu raundda Hindistan təmsilçisi Vidit Santoşla üz-üzə gəlib.

Qarşılaşma heç-heçə başa çatıb - 0,5:0,5. İkinci görüşdə də qalib müəyyənləşməsə, tay-brek oynanılacaq.

Qeyd edək ki, Nicat Abasov 1/8 final mərhələsində Birləşmiş Ərəb Əmirliklərindən olan Saleh Salemi, Vidit Santoş isə Beynəlxalq Şahmat Federasiyanın bayrağı altında çıxış edən rusiyalı Yan Nepomnyaşini mübarizədən kənarlaşdırıb.