Şahmatçımız dünya birinciliyində bürünc medal qazanıb

Şahmatçımız dünya birinciliyində bürünc medal qazanıb

Azərbaycan şahmatçısı Xaqan Əhməd Misirdə yeniyetmələr arasında keçirilən dünya birinciliyində bürünc medal qazanıb.

Mediasport.az xəbər verir ki, o, 12 yaşlıların mübarizəsində 3-cü yeri tutub.

8 xal toplayan şahmatçımız fəxri kürsüyə yüksəlib.

12 yaşlılar arasında Paşam Əlizadə 3-5-ci yerləri bölüşdürüb. Təmsilçimiz əlavə göstəricilərə görə 5-ci olub.

8 yaşlı qızların mübarizəsində Mehriban Əhmədli də yarışı 5-ci pillədə başa vurub.