Məmmədyarov irəliləyib, Rəcəbov geriləyib - FİDE-nin yeni reytinqi
Beynəlxalq Şahmat Federasiyası (FIDE) növbəti reytinq siyahısını açıqlayıb.
Mediasport.az xəbər verir ki, siyahıda ən yüksək yerdə olan təmsilçimiz Şəhriyar Məmmədyarov aktivindəki 2733 xalla iki pillə irəliləyərək 17-si sıraya qalxıb.
Teymur Rəcəbov 3 pillə geriləyərək (2723) 28-ci yerə düşüb.
Rauf Məmmədov (2651) 85-ci pillədə mövqeyini qoruyub, Nicat Abasov yenə "100-lük"dən kənarda qalıb.
Siyahıya norveçli Maqnus Karlsen (2830) başçılıq edir, ABŞ şahmatçıları Fabiano Karuana (2803) və Hikaru Nakamura (2789) 2-3-cü yerlədə qərarlaşıblar.
Qadın qrossmeysterlərdən Günay Məmməzadə (2436) 34-ü, Gövhər Beydullayeva (2402) 46-cıdır. Bundan əlavə, Ülviyyə Fətəliyeva (2377) 72-ci, Xanım Balacayeva (2371) 77-ci, Gülnar Məmmədova (2352) 99-cu pillədə qərarlaşıblar.
Siyahıya çinli Yifan Hou (2632) başçılıq edir. İkinci pillədə Venjun Ju (Çin, 2559), üçüncü sırada Aleksandra Qoryaçkina (FIDE, 2553) yer alıb.