Sablya və şpaqa üzrə ölkə çempionatının qalibləri müəyyənləşdi

Sablya və şpaqa üzrə ölkə çempionatının qalibləri müəyyənləşdi

Qılıncoynatmanın sablya və şpaqa növü üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib.

mediasport.az xəbər verir ki, Azərbaycan Texniki Universitetinin İdman Sarayında keçirilən yarışda 81 yeniyetmə oğlan və qız iştirak edib.

Azərbaycan Qılıncoynatma Federasiyası və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən birincilikdə fərdi sablya yarışlarında Nahid Məmmədli və Zərifə Hüseynova qızıl medal qazanıblar.

Səid Əliyev və Xədicə Həsənli isə şpaqa növündə bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.