İddiaçılar Turnirində 12-ci tur: Nicat Abasov Qukeşlə üz-üzə
Kanadanın Toronto şəhərində keçirilən şahmat üzrə İddiaçılar Turniri davam edir.
Mediasport.az xəbər verir ki, yarışda bu axşam 12-ci turun oyunları baş tutacaq.
11 turdan sonra sonuncu pillədə dayanan Azərbaycan təmsilçisi Nicat Abasov hindistanlı Dommaracu Qukeşlə qarşılaşacaq.
Bakı vaxtı ilə saat 22:30-da başlanacaq görüşdə Abasov ağ fiqurlarla oynayacaq.
28 yaşlı qrossmeysterimiz 3 xalla 8-ci pillədə qərarlaşıb, Qukeş 6,5 xalla ikincidir.
Turnir aprelin 22-də yekunlaşacaq.
8 şahmatçının iki dövrədən ibarət mübarizəsində birinci yeri tutan qrossmeyster hazırkı dünya çempionu Dinq Lirenlə (Çin) Şahmat Tacı uğrunda oynamaq hüququ qazanacaq.