Naxçıvan şahmatçıları Türkiyədəki turnirdə iki qızıl medal qazandılar

Naxçıvan şahmatçıları Türkiyədəki turnirdə iki qızıl medal qazandılar

Türkiyənin Bitlis şəhərində "I Betav Open" Şahmat Festivalı keçirilib.

Mediasport.az xəbər verir ki, 10 ölkədən 400 şatmatçının mübarizə apardığı yarışda Naxçıvanın 2 təmsilçisi "qızıl" qazanıb.

A qrupunda Beynəlxalq qrossmeyster Urfan Sevdımalıyev və Beynəlxalq Usta Pərviz Qasımov 3-8-ci yerləri bölüşüblər.

Şərur şahmatçısı Xatun Nəcəfova isə "B" qrupunda 3-cü olub. 

Malatya turnirinin qalibi, Avropa çempionu Yasin Əzimov (10 yaş) və Lətif Muradlı (12 yaş) 1-ci pillədə qərarlaşıblar.

Uğur Qəribli 8 və Xanım Rzayeva isə 10 yaşlılar arasında 3-cü olublar.

Mirsaleh Seyidli beynəlxalq reytinqini 77 vahid artıraraq 2000-lik normanı keçərək ustalığa namizəd (CM) adını qazanıb.