Uzun illərdən sonra yalnız İlahə Qədimova "A" kateqoriyası alıb
Azərbaycan Şahmat Federasiyasının (AŞF) daha bir hakimi “A” kateqoriyası alıb.
Mediasport.az xəbər verir ki, Beynəlxalq Şahmat Federasiyasında mövcud normativlərə cavab verən İlahə Qədimova bu hüquqa yiyələnib.
Qeyd edək ki, bununla Azərbaycanda “A” kateqoriyalı hakimlərin sayı ikiyə çatıb. Federasiyanın birinci vitse-prezidenti Faiq Həsənov uzun illər ölkədə bu kateqoriyaya layiq görülən yeganə hakim olub.