Şəhriyar Məmmədyarov ardıcıl ikinci görüşdə məğlub oldu
Norveçin Stavanger şəhərində təşkil olunan şahmat üzrə "Norway Chess" turnirində növbəti oyunlar keçirilib.
mediasport.az xəbər verir ki, milli komandamızın lideri Şəhriyar Məmmədyarov III tur çərçivəsində hindistanlı Qukeş Dommaraku ilə qarşılaşıb.
38 yaşlı qrossmeysterimiz sülhə razılaşdığı üçün armageddon oynanılıb və təmsilçimiz partiyada uduzub. Beləliklə, Şəhriyarın ardıcıl ikinci məğlubiyyəti rəsmiləşib. "Şah" II turda Fransanı təmsil edən iranəsilli Əlirza Firuzca ilə bacarmamışdı.
Məmmədyarov 2,5 xalla 9-cu pillədə qərarlaşıb.
Turnir iyunun 9-da başa çatacaq. Reqlamentə əsasən, birbaşa qələbəyə görə 3 xal verilir. Heç-heçə olan halda tərəflər armageddonda üz-üzə gəlirlər və qalibə 1.5, məğlub olan şahmatçıya isə 1 xal verilir.