Yığmamızın rəqibləri müəyyənləşib

Yığmamızın rəqibləri müəyyənləşib

Basketbolun 3x3 növü üzrə Dünya Qadın Seriyasının Klermon-Ferran mərhələsinin püşkü atılıb.

Mediasport.az xəbər verir ki, Azərbaycan yığması D qrupunda yer alıb.

Komandamız Niderland və Filippinlə qarşılaşacaq.

Hər iki görüş iyunun 14-də keçiriləcək.

12 kollektiv 4 qrupda mübarizə aparacaq, hər qrupda ilk iki yeri tutan komanda 1/4 finala yüksələcək.