Amerikalının biri gəldi, biri yola salındı - Bölgə klubundan 2 XƏBƏR

Amerikalının biri gəldi, biri yola salındı - Bölgə klubundan 2 XƏBƏR

Azərbaycan Basketbol Liqasının liderlərindən “NTD-İndiqo” heyətini amerikalı oyunçu ilə gücləndirib, bir üzvünü isə yola salıb.

Mediasport.az xəbər verir ki, mərkəz hücumçusu Qalen Smit mövsümün sonuna qədər Xaçmaz klubunun şəfərini qoruyacaq.

25 yaşlı oyunçunun son komandası Gürcüsta təmsilçisi “Kavkasia” olub.

Bölgə kollektivi ilk dövrədə xidmətindən istifadə etdiyi Brendon Votkinslə isə vidalaşıb.

Qeyd edək ki, "Sabah"la bərabər 1-2-ci yerləri bölüşdürən “NTD-İndiqo” 9 tura 17 xal toplayıb.