"Tarixi qələbə qazandıq" - Milli komandamızın baş məşqçisi

"Tarixi qələbə qazandıq" - Milli komandamızın baş məşqçisi

"Tarixi qələbə qazandıq. Oyunçularımla qürur duyuram. Çox ciddi rəqiblə qarşılaşdıq".

Mediasport.az xəbər verir ki, bu sözləri basketbol üzrə Azərbaycan millisinin baş məşqçisi Tahir Baxşıyev deyib.

Mütəxəssis dünya çempionatının seçmə mərhələsinin ikinci oyununda doğma meydanda Kosovoya 87:77 hesabı qalib gəldikləri oyun barədə təəssüratlarını bölüşüb:

“Kosovo komandasının əvvəlki oyunlarına baxmışdıq. Ancaq oyunçularım əzmkar mübarizə apardılar və tarixi qələbə qazandıq. Qrupumuzda bütün komandalar eyni səviyyədə güclüdür. İrlandiya yığması Kosovo ilk matçda son dəqiqələrdə məğlub oldu. Düşünürəm ki, hər üç rəqib güclüdür. Çalışacağıq ki, qrupda layiqli mübarizə aparaq və nəticə qazanaq"

Baxşıyev heyətə cəlb edilən amerikalı Dante Holl barədə yüksək fikirdə olduğunu vurğulayıb: "Ötən matç Zaq Leday heyətdə idi. Qaydalara əsasən, bir əcnəbi oyunçu olmalıdır. Bu gün də Dante Holl bizimlə idi. Qələbə qazanmağımızda onun böyük əməyi oldu".