Azərbaycanlı hakim "Panatianikos" - "Mexelen" oyununu idarə edəcək
Basketbol üzrə beynəlxalq dərəcəli hakim Ələkbər Həsənov yeni təyinat alıb.
Mediasport.az xəbər verir ki, referi qadınlar arasında FİBA Avropa Kubokunun qrup mərhələsinin oyununu idarə edəcək.
Ədalət təmsilçisi bu gün Yunanıstanda “Panatinaikos” və Belçikanın “Mexelen” komandalarının 4-cü tur görüşünün baş hakimi olacaq.
Həsənova çexiyalı Martin Kutsirek və rumıniyalı Andrada Tseder kömək edəcəklər.
Matç Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.