Əməkdar məşqçi vəfat edib - FOTO

Əməkdar məşqçi vəfat edib - FOTO

Azərbaycanın ilk cüdo məşqçilərindən Viktor Kuznetsov vəfat edib.

Mediasport.az xəbər verir ki, o, "Dinamo" idman cəmiyyətinin məşqçisi və SSRİ-nin dövlət məşqçisi kimi fəaliyyət göstərib.

Eyni zamanda, Rusiyanın cüdo üzrə qadınlardan ibarət milli yığmasının baş məşqçisi və Rusiya Cüdo, Sumo Federasiyasının baş katibi olaraq çalışıb.

Sovet Azərbaycanının Əməkdar məşqçisi adına layiq görülən mütəxəssisin tələbələri SSRİ birinciliklərinin, Azərbaycan birinciliklərinin və beynəlxalq yarışların qalibləri və mükafatçıları olub.