2 cüdoçumuz dünya çempionu olub, 1-i gümüş medal qazanıb
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən veteranlar arasında dünya çempionatının ilk günündə cüdoçularımız 2 qızıl və 1 bürünc medal qazanıblar.
Mediasport.az xəbər verir ki, yarışın ilk günündə M6, M7 və M8 yaş kateqoriyaları üzrə 7 cüdoçumuz medallar uğrunda mübarizə aparıb.
M6 yaş kateqoriyası üzrə +100 kq. çəki dərəcəsində Azər Əsgərov qızıl medal əldə edib. Eyni çəki dərəcəsində yarışan digər cüdoçumuz Qabil Qasımov 7-ci yerdə qərarlaşıb.
M7 yaş kateqoriyası üzrə -90 kq. çəkidə Fərhad Rəcəbli bütün rəqiblərinə qalib gələrək çempionatın qızıl medalına sahib olub. Bu qələbə Fərhad Rəcəblinin usta cüdoçular arasında Dünya çempionatlarında qazandığı 11-ci qızıl medal olub.
M8 yaş kateqoriyası üzrə isə -100 kq. çəkidə Arif Qasımov yarışın bürünc medalını əldə edib.
Ölkəmizi 49 veteran cüdoçu təmsil edir.