Azərbaycan cüdoçusu 10-cu dəfə Avropa çempionu adını qazandı
Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda veteran cüdoçular arasında Avropa çempionatı start götürüb.
Mediasport.az xəbər verir ki, qitə birinciliyinin ilk günü Azərbaycan təmsilçiləri üçün uğurlu alınıb.
M5, M6, M7 və M8 yaş kateqoriyası üzrə 7 idmançımzıdan 3-ü medal qazanıb.
90 kq çəkidə mübarizə aparan Fərhad Rəcəbli bütün rəqiblərinə qalib gələrək karyerasında 10-cu dəfə Avropa çempionu olub.
M7 yaş kateqoriyasında Nazim Əliyev (90 kq), M8 yaş kateqoriyasında isə Vahid Azərpur (66 kq) bürünc medal əldə ediblər.
Xatırladaq ki, ölkəmiz qitə çempionatında 30 cüdoçu ilə təmsil olunur.