Aslan Kotsoyevdan gümüş medal, Tuncay Şamil isə "bürünc" qazandı
Estoniyanın paytaxtı Tallində gənc oğlanlardan və qızlardan ibarət cüdo üzrə U-20 dünya çempionatı davam edir.
Mediasport.az xəbər verir ki, Aslan Kotsoyev (90 kq) finalda Serbiya təmsilçisi Milyan Radulja uduzub.
Nəticədə, o, gümüş mükafatla kifayətlənib.
Tuncay Şamil (90 kq) italiyalı Henri Ovusuya qalib gəlib və "bürünc"ə yiyələnib.