"Raquf Orucov Kuboku" beynəlxalq cüdo turnirinə start verilib
Bu gün 2016-cı ilin aprel döyüşlərində şəhid olan polkovnik-leytenant Raquf Orucovun və torpaqlarımızın azad edilməsi uğrunda canından keçmiş bütün şəhidləriminiz xatirəsinə həsr edilmiş "Raquf Orucov Kuboku" beynəlxalq turnirinin ilk yarış günü keçirilir.
Mediasport.az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının (ACF) və "Judo Club 2012" İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutan yarışın ilk günündə 76 cüdoçu gücünü sınayacaq.
Oğlanlar arasında -66 kq., -81 kq. və -100 kq. çəki dərəcələrində qaliblər müəyyənləşəcək.
Turnir Bakı İdman Sarayında keçirilir və arenaya giriş sərbəstdir.