"Fənərbağça" növbəti mərhələdə, "Qarabağ"ın rəqibi müəyyənləşir

"Fənərbağça" növbəti mərhələdə, "Qarabağ"ın rəqibi müəyyənləşir

Futbol üzrə UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinə vəsiqəni rəsmiləşdirən ilk 7 klub müəyyənləşib.

Mediasport.az xəbər verir ki, 2-ci raundun cavab qarşılaşmaları çərçivəsində Azərbaycan çempionu "Qarabağ" da meydana çıxıb.

Türkiyə təmsilçisi “Fənərbağça” doğma İstanbulda qalib gələrək adını 3-cü raunda yazdırıb.

Mərhələnin digər 7 cavab görüşü bu gün baş tutacaq.

Azərbaycan çempioninin növbəti mərhələdə potensial rəqibləri  - "Dinamo" və "Ludoqores" Belarusda qarşılaşacaqlar. Bolqarıstan təmsilçisi ötən həftə ilk matçda 2:0 hesablı qələbə qazanıb.

3-cü təsnifat mərhələsinə avqustun 6-da start veriləcək.


UEFA Çempionlar Liqası. 2-ci təsnifat mərhələsi. Cavab oyunları

30 iyul


"Qarabağ" - "Linkoln" (Cəbəllütariq) 5:0 İlk oyun – 2:0

"Petrokub" (Moldova) – APOEL (Kipr) 1:İ lk oyun – 0:1

"Fənərbağça" (Türkiyə) - "Luqano" (İsveçrə) 2:1 İlk oyun - 4:3

"Sparta" (Praqa, Çexiya) - "Şamrok" (İrlandiya) 4:2 İlk oyun – 2:0

TNS (Uels) - "Ferensvaroş" (Macarıstan) 1:2 İlk oyun – 0:5

“Slovan” (Bratislava, Slovakiya) - “Çelye” (Sloveniya) 5:0 İlk oyun – 1:1

"Klaksvik" (Farer adaları) - "Malmö" (İsveç) 3:2 İlk oyun – 1:4


31 iyul

21:00. RFŞ (Latviya) - "Bude Qlimt" (Norveç) İlk oyun – 0:4

21:15. "Midyulland" (Danimarka) - "Santa Koloma" (Andorra) İlk oyun – 3:0

22:00. "Makkabi" (Təl-Əviv, İsrail) - "Styaua" (Rumıniya) İlk oyun – 1:1

22:00. "Partizan" (Serbiya) - "Dinamo" (Kiyev, Ukrayna) İlk oyun - 2:6

22:30. "Yagelloniya" (Polşa) - "Panevejis" (Litva) İlk oyun – 4:0

22:45. "Dinamo" (Minsk, Ludoqores) - "Ludoqores" (Bolqarıstan) İlk oyun – 0:2

23:00. "Boraç" (Bosniya və Herseqovina) - PAOK (Yunanıstan) İlk oyun – 2:3