UEFA Çempionlar Liqasının formatında dəyişiklik edilib
Futbol üzrə UEFA Çempionlar Liqasının 2024/2025-ci illər mövsümünün reqlamentində dəyişikliklər edilib.
Mediasport.az xəbər verir ki, növbəti mövsümdən UEFA reytinqində ilk 2 yerdə dayanan ölkənin çempionatını 5-ci pillədə başa vuracaq 2 komanda Çempionlar Liqasında oynamaq imkanı əldə edəcək.
Klub reytinqində bu ilk 2 yerin sahibi İtaliya və Almaniyadır.
Bu komandalar "European Performance Spots" (Avropa göstərici dəyəri) adlanan siyahıda yer alacaqlar.
Ümumilikdə 36 klubun iştirak edəcəyi növbəti mövsümdən turnir qrup formatında deyil, liqa formatında təşkil olunacaq.