Mahirin komandası "Astana"ya qarşı, "Qalatasaray" mübarizəyə başlayır - UEFA Çempionlar Liqasında II raund
Bu gün futbol üzrə Avropanın bir nömrəli klub yarışı UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinə start veriləcək.
MediaSport.az xəbər verir ki, ilk oyun günündə 7 görüş baş tutacaq.
Milli komandamızın hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb "Dinamo"su doğma meydanda Qazaxıstanın "Astana" klubunu qəbul edəcək. Mübarizəyə bu mərhələdən start verəcək Türkiyə çempionu "Qalatasaray" isə Litva səfərində meydana çıxacaq.
Azərbaycan çempionu "Qarabağ"ın da oynayacağı qalan 5 matç sabaha nəzərdə tutulub.
UEFA Çempionlar Liqası. II təsnifat mərhələsi. İlk oyunlar
20:00. "Jalgiris" (Litva) - "Qalatasaray" (Türkiyə)
20:00. HİK (Finlandiya) - "Mölde" (Norveç)
22:00. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Astana" (Qazaxıstan)
22:00. "Dnepr-1" (Ukrayna) - "Panatinaikos" (Yunanıstan)
22:30. "Servette" (İsveçrə) - "Genk" (Belçika)
23:00. "Zrinski" (Bosniya və Herseqovina) - "Slovan" (Slovakiya)
23:15. "Breydablik" (İslandiya) - "Kopenhagen" (Danimarka)