"Qəbələ"ni sıradan çıxarıb Çempionlar Liqasını qazandılar
Bu mövsüm UEFA Gənclər Liqasında "Qəbələ"ni mübarizədən kənarlaşdırmış "Olimpiakos" yarışın qalibi olub.
Mediasport.az xəbər verir ki, Yunanıstan klubu finalda İtaliya təmsilçisi "Milan"la qarşılaşıb.
İsveçrənin Nyon şəhərində keçirilən matçda pireylilər böyük hesabla qalib gəliblər - 3:0.
“Olimpiakos” Azərbaycan çempionu ilə turnirin II təsnifat mərhələsində üz-üzə gəlmişdi.
Qəbələdə baş tutan ilk matçda 3:0 hesablı qələbə qazanan yunanlar cavab görüşündə 4 qola sevinmişdilər.