FİFA və UEFA futbolçunun vəfatı ilə əlaqədar "Qarabağ"a başsağlığı verdi

FİFA və UEFA futbolçunun vəfatı ilə əlaqədar "Qarabağ"a başsağlığı verdi

FİFA və UEFA 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması və “Qarabağ”ın əvəzedici komandasının futbolçusu Şirxan Həsənzadənin vəfatı ilə əlaqədar Ağdam klubuna məktub göndərib.

mediasport.az xəbər verir ki, Avropa və dünya futbol təşkilatları AFFA-nın vasitəçiliyi ilə kluba başsağlığı məktubu ünvanlayıb.

Məktubda FİFA prezidenti Canni İnfantino və UEFA-nın baş katibi Teodor Teodoridisin başsağlığı mesajı yer alıb. Adıçəkilən qurumlar futbolçunun ailəsinə, AFFA-ya, yığmada və klubda onunla birgə çıxış etmiş komanda yoldaşlarına başsağlığı verib.

Aprelin 22-də məşq zamanı ürəyi dayanmış və xəstəxanaya yerləşdirilmiş Həsənzadə mayın 8-də dünyasını dəyişib.