Millimizin Serbiya ilə AÇ oyunu türk hakimlərə həvalə edilib
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Serbiya - Azərbaycan oyununun hakimləri açıqlanıb.
Mediasport.az xəbər verir ki, sentyabrın 12-də, saat 22:00-da, Stara Pazova şəhərində Serbiya Futbol Federasiyasının İdman Mərkəzində baş tutacaq qarşılaşmanı Türkiyədən olan ədalət təmsilçiləri idarə edəcəklər.
U21 AÇ. Seçmə mərhələ.
Serbiya - Azərbaycan
Baş hakim: Erkan Özdamar
Baş hakimin köməkçiləri: Serkan Olguncan, Murat Tugberk Curbay
Dördüncü hakim: Zorbay Küçük