"Yaxşı oynadıq, amma mükafatsız qaldıq - Bu, çox ağrılıdır" - Veşoviç
"Qarabağ"ın cinah müdafiəçisi Marko Veşoviç Avropa Liqasının 1/8 finalında məğlub olduqları "Bayer"lə matçndan sonra fikirlərini bölüşüb.
Mediasport.az xəbər verir ki, monteneqrolu futbolçu UEFA-ya verdiyi açıqlamada çox məyus olduqlarını deyib.
33 yaşlı Marko 2:3 hesabı ilə başa çatan qarşılaşmanı belə şərh edib:
"Bu komanda ilə hər iki görüşdə yaxşı oynadıq, amma mükafatsız qaldıq. Bu, çox ağrılıdır. Düzdür, "Bayer" kimi komandaya qarşı 10 nəfərlə yaxşı mübarizə da aparmaq böyük şeydir. Hər dəqiqə təzyiqi artırırdılar. Buna baxmayaraq, sübut etdik ki, əla komandayıq".