Konfrans Liqası: "Fiorentina" finalda yunanlarla qarşılaşacaq

Konfrans Liqası: "Fiorentina" finalda yunanlarla qarşılaşacaq

Avropa Konfrans Liqasında ikinci finalçının adı məlum olub.

Mediasport.az
xəbər verir ki, yarımfinalın cavab görüşü çərçivəsində ikinci matç Yunanıstanda keçirilib.

Ötən həftə İngiltərədə sürpriz şəkildə "Olimpiakos"a məğlub olan "Aston Villa"nın geridönüş edəcəyi gözlənilsə də, Unay Emerinin komandası Afinada da uduzub.

Beləliklə, "Olimpiakos" mayın 29-da onlar üçün doğma Afinada keçiriləcək final matçında "Fiorentina" ilə qarşılaşacaq.

Avropa Konfrans Liqası. Yarımfinal. Cavab oyunu

23:00 "Olimpiakos" (Yunanıstan) - "Aston Villa" (İngiltərə) 2:0

Baş hakim:
Feliks Zvayer (Almaniya)

Yunanıstan, Afina, "Georgios Karaiskakis" stadionu

İlk matç - 4:2.