UEFA Superkuboku: Madrid "Real"ı Polşada "Atalanta" ilə qarşılaşır
Bu gün futbol üzrə sayca 49-cu UEFA Superkuboku uğrunda görüş keçiriləcək.
Mediasport.az xəbər verir ki, UEFA Çempionlar Liqasının qalibi "Real" UEFA Avropa Liqasının qalibi "Atalanta" ilə qarşılaşacaq.
Polşanın paytaxtı Varşavada keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.
UEFA Superkuboku
23:00. "Real" (Madrid, İspaniya) - "Atalanta" (İtaliya)
Baş hakim: Sandro Şörer
Polşa, Varşava, "Milli" stadionu.