UEFA Türkiyəni cəzalandırdı
UEFA Türkiyə Futbol Federasiyasını (TFF) cəzalandırıb.
mediasport.az xəbər verir ki, "ay-ulduzlular"ın Millətlər Liqasının qrup mərhələsinin V tur oyunu çərçivəsində İstanbulda Lüksemburq millisinə (3:3) qarşı keçirdiyi görüşdə azarkeşlər meydançaya yad əşyalar atıblar.
Ali futbol qurumu federasiyanı 25 min avro məbləğində cərimə edib. Həmçinin, yığmanın növbəti matçında stadiona məhdud sayda tamaşaçı buraxılacaq.