Françesko Kalzona: "Biz istənilən rəqibə oyunumuzu diqtə edə bilirik"

Françesko Kalzona: "Biz istənilən rəqibə oyunumuzu diqtə edə bilirik"

Slovakiya milli komandasının baş məşqçisi Françesko Kalzona UEFA millətlər Liqasının Azərbaycan ilə oyunundan sonra (2:0) keçirilən mətbuat konfransında iştirak edib.

Mediasport.az xəbər verir ki, çalışdırıcı matçla bağlı fikirlərini bölüşüb və jurnalistlərin suallarını cavablandırıb:

"Komandamın müdafiəsi ideal deyil, bu istiqamətdə işləmək lazımdır. Biz Estoniya ilə oyunda olduğu kimi sabit komanda olduğumuzu nümayiş etdirik. Biz istənilən rəqibə oyunumuzu diqtə edə bilirik. Sentyabr bizim üçün uğurlu keçdi və 6 xal toplaya bildik. Oyunumuz xoşuma gəldi və topa biz nəzarət etdik. Əldə olunan nəticələri uğurlu saymaq olar, amma hələ arzulanan hədəfə çatmamışıq".